NATO Rusiyaya görə döyüş hazırlığını artırıb

NATO Rusiyaya görə döyüş hazırlığını artırıb
  22 Dekabr 2021    Oxunub:940
NATO Çevik Reaksiya Qüvvələrinin (NRF) döyüş hazırlığını artırmaq qərarına gəlib. Belə qüvvələrin ümumi sayı isə 40 minə yaxındır.
AzVision.az xəbər verir ki, bu barədə Almaniyanın "Die Welt" nəşri alyansdakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, NATO-nun Birləşmiş Yüksək Hazırlıqlı İşçi Qrupu (VJTF) böhran bölgəsində sürətlə yerləşmə qabiliyyətinə malik olmalıdır. Bunun üçün bölmələrə əvvəlki kimi yeddi gün deyil, beş gün vaxt verilir. Döyüş hazırlığının yüksəldilməsinin Rusiya qüvvələrinin Ukrayna sərhədi yaxınlığında toplanması ilə bağlı olduğu ehtimal edilir. Çevik Reaksiya Qüvvələrinin digər bölmələri də yüksək hazırlıq vəziyyətinə gətirilib. Onların arasında NATO-nun xüsusi təyinatlı qüvvələri də var. “Die Welt” yazır ki, oxşar qərar bir həftə əvvəl də verilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: NATO  



Xəbər lenti