"Azad olunmuş ərazilərin bərpasında əməkdaşlığı inkişaf etdirmək istəyirik"

 "Azad olunmuş ərazilərin bərpasında əməkdaşlığı inkişaf etdirmək istəyirik"
  22 Dekabr 2021    Oxunub:1888
"Azərbaycanla İran arasında önəmli razıllqlar əldə olunub". AzVision.az xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, müxtəlif ideyalar irəli sürülüb və əlaqələrin inkişafı sürətlə davam edəcək.

"Azərbaycanı öz ərazilərini işğaldan azad etməsi ilə münasibəti ilə təbrik edirəm.
İranın yeni hökümətinin prioriteti Azərbaycanla əlaqələri maksimum səviyyədə inkişaf etdirməkdir", - o bildirib.

Nazir deyib ki, İran Azərbaycanla tranzit, nəqliyyat, işğaldan azad edilmiş ərazilərin bərpası və digər sahələrdə əməkdaşlıqları inkişaf etdirmək niyyətdindədir.

H.Əmir Abdullahianın sözlərinə görə, eyni zamanda, dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıqların inkişaf etdirilməsi diqqət mərkəzindədir.

AzVision.az



Teqlər: Azərbaycan   İran  



Xəbər lenti