"Region ölkələri problemlərini özləri həll edə bilərlər” - XİN

   "Region ölkələri problemlərini özləri həll edə bilərlər” -    XİN
  22 Dekabr 2021    Oxunub:678
"Region ölkələri problemlərini özləri həll edə bilər, kənar ölkələrin müdaxiləsinə ehtiyac yoxdur".
AzVision.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, Aşqabadda İran və Azərbaycan Prezidentlərinin görüşündə liderlər dördlük formatının təşkili barədə razılaşıblar: "Bura Azərbaycan, Rusiya, Türkiyə və İran daxil olacaq. Biz bu platformanın uğurlu olması üçün çalışacağıq. Region ölkələri problemlərini özləri həll edə bilər, regiondan kənar ölkələrin müdaxiləsinə ehtiyac yoxdur. Bizim onların köməyimə ehtiyacımız yoxdur, onların bizim regionda yeri ola bilməz, region ölkələrinin öz məsələlərini həll etmək üçün iradələri var".

AzVision.az



Teqlər: İran  



Xəbər lenti