Qətərlə viza rejimi ləğv olunur

   Qətərlə viza rejimi ləğv olunur
  23 Dekabr 2021    Oxunub:1637
Azərbaycanla Qətər arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbi aradan qaldırılır.
AzVision.az -ın xəbərinə görə, bu, "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Sənəd Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin dekabrın 22-də keçirilən toplantısında müzakirə edilib və plenar iclasa tövsiyə olunub.

AzVision.az


Teqlər: Qətər   Viza  



Xəbər lenti