Qazaxıstanda ölüm hökmü ləğv olunub
Dəyişikliklərdə ölüm cəzasının ölkənin Cinayət Məcəlləsindəki bütün müvafiq maddələrindən çıxarılması təklif edilir.
Senat qanuna dəyişikliyi BMT-nin Mülki və Siyasi Hüquq Haqqında Paktın ikinci fakültativ protokolu əsasında hazırlayıb. Qazaxıstan bu protokolu 2021-ci ilin yanvarında ratifikasiya edib.
Bundan sonra Cinayət Məcəlləsində ən ağır cəza ömürlük həbs olacaq.
Qanun imzalanmaq üçün Qazaxıstan prezidentinə təqdim ediləcək.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Qazaxıstan







Vaxtında, Aydın, Lazımlı!


