Vladimir Putin İlham Əliyevi təbrik edib

   Vladimir Putin İlham Əliyevi təbrik edib
  24 Dekabr 2021    Oxunub:1504
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.
AzVision.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu,

60 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Yoldaşlıq münasibətimizi yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv, məzmunlu dialoqun və Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi, eləcə də regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi maraqları naminə sıx birgə işi davam etdirməkdən şad olaram.

Siz ən çətin vəziyyətlərdə belə balanslı, uzaqgörən qərarlar qəbul etməyə qadir olan müdrik və təcrübəli dövlət xadimi kimi həmvətənlər arasında və beynəlxalq aləmdə layiqli nüfuza sahibsiniz. Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi, sosial və digər sahələrdə hamı tərəfindən qəbul edilmiş uğurlara imza atıb.
Yoldaşlıq münasibətlərimizi yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv, məzmunlu dialoqun və Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi, eləcə də regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi maraqları naminə sıx birgə işi davam etdirməkdən şad olaram.

Sizə səmimi qəlbdən cansağlığı, firavanlıq və uğurlar arzulayıram. Fürsətdən istifadə edib ailənizə ən səmimi salamlarımı çatdırmaq istərdim.
Sizə səmimi-qəlbdən cansağlığı, firavanlıq və uğurlar arzulayıram. Fürsətdən istifadə edib, ailənizə ən səmimi salamlarımı çatdırmaq istərdim”.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: İlham-Əliyev   Vladimir-Putin  



Xəbər lenti