"Gürcüstanın “3+3” formatında iştirakı üçün qapı həmişə açıqdır" - Zaxarova

   "Gürcüstanın “3+3” formatında iştirakı üçün qapı həmişə açıqdır" -    Zaxarova
  24 Dekabr 2021    Oxunub:697
Cənubi Qafqaz üzrə “3+3” əməkdaşlıq plarformasının bütün tərəfləri (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) Gürcüstanın iştirakında maraqlı olduqlarını bildiriblər, Tbilisinin formata qoşulması üçün qapı həmişə açıqdır.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
"Gürcüstanın iştirakı ilə bağlı məsələyə və mübahisələrə gəlincə, dekabrın 10-da platformanın ilk iclasında bildiyiniz kimi, bütün ölkələr, o cümlədən Rusiya yekdilliklə Tbilisinin bu formatda iştirakında maraqlı olduqlarını bildirdilər, razılaşdılar ki, Gürcüstan üçün qapı həmişə açıqdır"-deyə, Rusya XİN rəsmisi bildirib.

Türkiyə Xarici İşlər Nazirliyinin formatın növbəti görüşünün Ankarada keçirilməsinin mümkünlüyü ilə bağlı bəyanatını şərh edən diplomat xatırladıb ki, təkcə bu ölkə növbəti məsləhətləşmələr üçün platforma təqdim etməyib:

"Amma növbəti görüşün yerinin və məzmununun razılaşdırılması bütün iştirakçıların konsensusu əsasında xarici işlər nazirlikləri vasitəsilə həyata keçirilir. Biz ondan çıxış edirik ki, ilk növbədə ümumi maraq doğuracaq məsələlərə, o cümlədən ticarət-iqtisadi, nəqliyyat, mədəni-humanitar əlaqələrin inkişafı, ümumi çağırış və təhdidlərə qarşı mübarizəyə diqqət yetirmək vacibdir".

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Gürcüstan   Rusiya  



Xəbər lenti