Keçmiş prezidentə sui-qəsd

Keçmiş prezidentə sui-qəsd
  03 Aprel 2014    Oxunub:887
Pakistanda vətənə xəyanətdə ittiham olunan sabiq prezident Pərviz Müşərrəf sui-qəsdə məruz qalıb.
Məhkəmədə infarkt keçirdikdən sonra Ravalpindidəki xəstəxanaya yerləşdirilən Müşərrəf xəstəxanadan buraxıldıqdan sonra terrorçuların hədəfinə tuş gəlib. Müşərrəfin keçəcəyi körpüyə yerləşdirilmiş 4 kiloqramlıq partlayıcı qurğu işə düşsə də, sabiq xunta lideri bu hücumdan sağ çıxıb.

Partlayış Müşərrəfə məxsus avtomobil karvanı əraziyə çatmazdan bir neçə saniyə qabaq baş verib və sabiq prezident alternativ marşrutla evə çatdırılıb. Hücumu edənlərin kimliyi naməlum olaraq qalır.

AzVision.az


Teqlər:  





Xəbər lenti