İlham Əliyev Rusiyaya səfər edəcək

   İlham Əliyev Rusiyaya səfər edəcək
  24 Dekabr 2021    Oxunub:1248
Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ənənəvi olaraq Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrinin dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tədbirdə Prezident İlham Əliyevlə yanaşı, Belarus Prezidenti Aleksandr Lukaşenko, Ermənistan baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasımcomərt Tokayev, eləcə də ilk prezident, Elbaşı Nursultan Nazarbayev, Qırğız Respublikası Prezidenti Sadir Caparov, Özbəkistan Prezidenti Şovkat Mirziyayev, Tacikistan Prezidenti İmaməli Rəhman, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edəcək.

AzVision.az


Teqlər: İlham-Əliyev  



Xəbər lenti