Rusiya XİN Aİ-nin sərhədin delimitasiyasında iştirakını şərh edib

   Rusiya XİN Aİ-nin    sərhədin delimitasiyasında    iştirakını şərh edib
  24 Dekabr 2021    Oxunub:1143
"Rusiya Azərbaycan ilə Ermənistan arasındakı sərhədin delimitasiyasına Avropa İttifaqı tərəfindən verilən dəstəyi müsbət qiymətləndirir".
AzVision.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üçün Avropa İttifaqının ekspertlər göndərmək barədə qərarını şərh edərkən deyib.

“İkitərəfli münasibətlərin yoluna qoyulması üçün beynəlxalq səyləri alqışlayırıq. Bu zaman regiondakı reallığın nəzərə alınması, Bakı ilə İrəvanın razılığı, habelə bütün bunların əlavə dəyəri əsas götürülməlidir” – o bildirib.

Rusiyalı diplomat xatırladıb ki, Moskva, Bakı və İrəvan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, daha sonra demarkasiyası üçün tərəflərin istəyilə Rusiyanın məşvərətçi yardımı ilə ikitərəfli komissiya yaratmaq üçün addımlar atmaq barədə razılığa gəliblər: “Biz öz tərəfimizdən Azərbaycana da, Ermənistana da lazımi dəstək verəcəyik”.

AzVision.az



Teqlər: Sərhəd   Delimitasiya  



Xəbər lenti