Prezident Qırğızıstanın ərazi bütövlüyünə təhdidlərdən danışıb

Prezident Qırğızıstanın ərazi bütövlüyünə təhdidlərdən danışıb
  25 Dekabr 2021    Oxunub:644
“Qonşu ölkələrlə dövlət sərhədinin tam razılaşdırılmaması, bəzi bölmələr üzrə danışıqlarda yaranmış çətinliklər, Qırğızıstanın strateji nəqliyyat infrastrukturunun qonşu dövlətlərin ərazilərindən keçməsi respublikanın ərazi bütövlüyünə birbaşa təhdiddir”.
AzVision.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Nazirlər Kabinetinin iclasında deyib.

Onun sözlərinə görə, bu məsələ cari ilin aprel ayında Batken bölgəsində insanların həyatına son qoyan faciəli hadisəyə səbəb olub.

Prezident əlavə edib ki, Batken ilk dəfə olaraq strateji sərhəd kimi dövlət səviyyəsində diqqətə layiq görülüb.

Xatırladaq ki, rayona xüsusi status verilib və inkişaf proqramı qəbul edilib, həmçinin hər il rayona əlavə 500 milyon som vəsaitin ayrılması qərara alınlb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qırğızıstan  



Xəbər lenti