"İran özü nüvə yanacağı istehsal edə bilər"

 "İran özü nüvə yanacağı istehsal edə bilər"
  25 Dekabr 2021    Oxunub:874
“İran yaxın gələcəkdə özü nüvə yanacağı istehsal edə bilər”. AzVision.az
xəbər verir ki, bu barədə İranın vitse-prezidenti, Atom Enerjisi Təşkilatının (AET) rəhbəri Məhəmməd İslami deyib.
Onun sözlərin görə, Tehran bu yanacağdan "Buşəhr" AES-də istifadə etməyi nəzərdə tutur.

"Biz "Rosatom" ilə danışıqlar apardıq və ümid edirik ki, qarşılıqlı fəaliyyətimiz çərçivəsində və razılaşmalar əsasında Buşəhrdəki reaktorda İran yanacağının istifadəsinə başlaya biləcəyik”, - İslami bildirib.

"Buşəhr" AES-də enerji bloklarının tikintisi Rusiya və İranın ən böyük layihəsi hesab olunur. Rusiya Federasiyasının iştirakı ilə tamamlanan AES-in birinci bloku 2011-ci ilin sentyabrında İranın milli enerji sisteminə qoşulub. İkincinin tikintisi davam edir və üçüncü enerji blokunun tikintisi üçün müqavilə imzalanıb. Bundan əlavə, Moskva Tehranı birinci blokun reaktorunun işləməsi üçün lazım olan nüvə yanacağı ilə təmin edir. Rusiya yanacağının sonuncu çatdırılması 29 aprel 2020-ci ildə olub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: İran  



Xəbər lenti