"SSRİ-ni Suveren Dövlətlər İttifaqı yaratmaqla xilas etmək olardı" - Qorbaçov

"SSRİ-ni Suveren Dövlətlər İttifaqı yaratmaqla xilas etmək olardı" -    Qorbaçov
  25 Dekabr 2021    Oxunub:1109
SSRİ-nin birinci prezidenti Mixail Qorbaçov hesab edir ki, sovet hakimiyyəti başlanğıcda ittifaqda millətlərarası münasibətlərdəki problemlərin miqyasını və onun yenilənməsi zərurətini lazımınca qiymətləndirmədi. 1991-ci ilin avqust çevrilişindən sonra da Suveren Dövlətlər İttifaqının yaradılması ilə ölkəni xilas etmək mümkün idi.
AzVision.az xəbər verir ki, bu barədə o, “TASS”a müsahibəsində deyib.

"Əvvəlcə biz millətlərarası, mərkəz və respublikalar arasında münasibətlərdəki problemlərin miqyasını və dərinliyini düzgün qiymətləndirmirdik. Biz dərhal ittifaqın yenilənməsinə ehtiyac olduğu qənaətinə gəlmədik", - o söyləyib.

Qorbaçovun fikrincə, Sovet İttifaqının hakimiyyət orqanlarının məqsədi respublikaların real suverenliyinə malik olan, səlahiyyətlərin bir hissəsini mərkəzə verən real federasiya yaratmaq idi: "İttifaq müqaviləsi layihəsi çərçivəsində təhlükəsizlik, müdafiə, nəqliyyat şəbəkəsi, vahid valyuta, insan hüquqlarının təmin edilməsi birliyin strukturlarının səlahiyyət dairəsində idi. Əminəm ki, bu, əlverişli variant idi və respublikaların əksəriyyəti bunu dəstəkləyəcəkdi, lakin üzrə Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsinin təxribatı bu fürsəti pozdu. Amma təxribatdan sonra, respublikalar öz müstəqilliklərini elan edəndə və SSRİ prezidentinin mövqeləri ciddi şəkildə zəiflədikdə belə, mən ittifaqın qorunub saxlanıla biləcəyinə inanırdım. Mən Suveren Dövlətlər İttifaqı haqqında razılığa gəlməyi təklif etdim".

SSRİ-nin ilk prezidenti qeyd edib ki, Suveren Dövlətlər İttifaqı respublikaları daha da geniş səlahiyyətlərə malik konfederal dövlətə çevirəcəkdi: "Xüsusən, onlar BMT-nin üzvü olacaqdılar, İttifaq isə Təhlükəsizlik Şurasındakı yerini qoruyub saxlayacaqdı. Silahlı qüvvələrin birliyi, nüvə silahlarına nəzarət qalacaqdı. Əminəm ki, bu, əvvəlkindən qat-qat yaxşı olardı".

Qorbaçov dövlət başçısı postunu tərk etdiyi ərəfəni özü, Sovet İttifaqı və Rusiya üçün “qara günlər” adlandırıb. Onun sözlərinə görə, prezidentliyi güc yolu ilə müdafiə etmək gözlənilməz nəticələrə malik kəskin vətəndaş qarşıdurmasına gətirib çıxaracaqdı.

"O günlər İttifaq və Rusiya üçün qara günlər idi. Mənim üçün də qara günlər oldu, soyuqqanlılığımı itirməsəm də. SSRİ prezidentinin istefası haqqında fərman imzaladım, hesab edirəm ki, başqa cür hərəkət etməyə haqqım yox idi.iki səbəbə görə hansısa zorakı seçimə gedə bilmədim. Birincisi, bu halda mən özüm olmaqdan əl çəkərdim. İkincisi, belə bir qərar gözlənilməz nəticələrə səbəb olan kəskin vətəndaş münaqişəsinə gətirəcəkdi. Hesab edirdim ki, buna yol vermək olmazdı".

Pərvanə Sultanova
AzVision.az



Teqlər:



Xəbər lenti