Zabit Səmədovun nokauta saldığı idmançı koronavirusdan öldü

   Zabit Səmədovun nokauta saldığı idmançı koronavirusdan öldü
  26 Dekabr 2021    Oxunub:1782
Kikboksinq üzrə ağır çəkili dünya və Avropa çempionu, "Belçikanın ən güclü adamı" kimi tanınan 40 yaşlı Frederik Sinistranın koronavirusdan ölüb.

AzVision.az "Haber Global"a istinadən əbər verir ki, Sinistra müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Belçikalı idmançı bir müddət öncə koronavirusu ciddiyə almadığını bildirmişdi və bu səbəbdən peyvənddən imtina etmişdi. O, yaşının və fiziki vəziyyətinin onu hər hansı bir koronavirus simptomundan qoruyacağını iddia edirdi.

Qeyd edək ki, Frederik Sinistra 2017-ci ildə Türkiyədə Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədovla döyüş keçirib və 2-ci raundda nokauta düşərək uduzub.



AzVision.az


Teqlər:



Xəbər lenti