"ABŞ zəmanət verməzsə, Rusiyanın cavabı fərqli ola bilər" - Putin

   "ABŞ zəmanət verməzsə, Rusiyanın cavabı fərqli ola bilər" -    Putin
  26 Dekabr 2021    Oxunub:904
Əgər ABŞ və NATO Rusiyaya təhlükəsizlik zəmanəti verməkdən imtina edərsə, Moskvanın cavabı çox fərqli ola bilər, variantların seçimi hərbi ekspertlərin tövsiyələrindən asılı olacaq. AzVision.az xəbər verir ki, bunu “Rossiya-1” telekanalının efirində Rusiya prezidenti Vladimir Putin deyib.
“Bu, çox fərqli ola bilər. Bu, hərbi ekspertlərimizin mənə verəcəyi təkliflərdən asılıdır”, - deyə o, bildirib.

Eyni zamanda, prezident vurğulayıb ki, Rusiya bu məsələ ilə bağlı danışıqların müsbət nəticələrinə nail olmağa çalışacaq.

Dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi ABŞ ilə təhlükəsizlik təminatlarına dair saziş layihələrini, habelə Rusiya Federasiyası və Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv dövlətlər üçün təhlükəsizlik tədbirləri haqqında layihələri dərc edib. Onlar dekabrın 15-də Rusiya diplomatik xidmətində keçirilən görüşdə Amerika tərəfinə təhvil verilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti