Qızının koronavirusa yoluxduğunu öyrənən baş nazir iclası tərk etdi
26 Dekabr 2021
Oxunub:629
İsrailin baş naziri Naftali Bennett qızının koronavirus testi müsbət çıxdıqdan sonra özünü təcrid edib. AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti-yə hökumət başçısının mətbuat katibi Anna Yonatan-Leus bildirib.
Mətbuat katibi deyib ki, hökumətin iclası zamanı baş nazir qızının koronavirus testinin müsbət çıxdığını öyrənib: “Baş nazir dərhal iclası tərk edib. Hazırda hökumətin iclasına ədliyyə naziri Gideon Saar sədrlik edir”.
Bennett PCR testindən keçəcək və qızı ilə birlikdə özünü təcrid edəcək.