"Bu il 18 ölkənin XİN rəhbəri Azərbaycana səfər edib" - Nazir

 "Bu il 18 ölkənin XİN rəhbəri Azərbaycana səfər edib" -    Nazir
  27 Dekabr 2021    Oxunub:1276
"Bu il 10 ölkənin xarici işlər nazirinin Azərbaycana rəsmi, 8-nin isə işgüzar səfərləri həyata keçirilib".
AzVision.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının xarici siyasət sahəsində ilin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, səfərlərdə məqsəd həmin ölkələrlə münasibətlərimizi daha da inkişaf etdirmək olub.

Nazirin sözlərinə görə, cari ildə Azərbaycanın Əfqanıstan, Bosniya və Herseqovina, Vatikanda diplomatik missiyalarının açılmasına dair qərarlar qəbul edilib.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: XİN  



Xəbər lenti