"Delimitasiya ilə bağlı İşçi Qrup yaxın aylarda yaradıla bilər” - XİN rəhbəri

   "Delimitasiya ilə bağlı İşçi Qrup yaxın aylarda yaradıla bilər” -    XİN rəhbəri
  27 Dekabr 2021    Oxunub:829
"Azərbaycan-Ermənistan sərhədinin delimitasiya ilə bağlı İşçi Qrupunun yaradılması yaxın aylarda mümkün olacaq”.
AzVision.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının xarici siyasət sahəsində ilin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi üzrə İşçi Qrupun yaradılması üçün bütün tərəflər razılıq verməlidir. Azərbaycan bu prosesə start verməyə hazır olduğunu bəyan edib: “Düşünürük ki, qarşı tərəf də məsələnin ciddliyini bşa düşür, ölkələr arasında beynəlxlaq sərhəd müəyyənləşməlidir. Düşünürük ki, yaxın zamanda qarşı tərəfdən də müsbət mesaj olacaq və yaxın aylarda bu İşçi Qrupu formalaşacaq”.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ceyhun-Bayramov  



Xəbər lenti