"Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Moskvada görüşəcəklər"

 "Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Moskvada görüşəcəklər"
  27 Dekabr 2021    Oxunub:1863
"Ermənistanla Türkiyə arasında dialoq üzrə xüsusi nümayəndələrin ilk görüşü Moskvada keçirilə bilər".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.

O bildirib ki, xüsusi nümayəndələr görüşmək üçün tarix müəyyən etməlidirlər: "Hesab edirik ki, ilk toplantı Mioskvada keçirləcək".

Nazir, həmçinin vaxtilə Ermənistanla əlaqələrin normallaşdırıması üçün nəzərdə tutulan protokolların artıq bir anlamı qalmadığını deyib.

Qeyd edək ki, Türkiyə-Ermənistan danışıqlarında Türkiyəni ABŞ-dakı sabiq səfir Serdar Kılıç, Ermənistanı isə parlamentin spiker müavini Ruben Rubinyan təmsil edəcək.

Pərvanə Sultanova
AzVision.az


Teqlər:



Xəbər lenti