Amerikalı boksçu ailəsinin gözü qarşısında güllələndi

   Amerikalı boksçu ailəsinin gözü qarşısında güllələndi
  27 Dekabr 2021    Oxunub:867
Amerikalı boksçu Denni Kelli avtomobilinin sükanı arxasında zaman, ailəsinin gözü qarşısında güllələnib.
AzVision.az xəbər verir ki, bu barədə “Vringe” nəşri məlumat yayıb. Qeyd olunur ki, həkimlər idmançını xilas edə bilməyiblər. Maşında onunla birlikdə olan sevgilisi və üç övladı xəsarət almayıb.

Faciə dekabrın 25-də yerli vaxtla saat 16.40-da baş verib. Kellinin avtomobili ilə digər nəqliyyat vasitəsinin qarşısını kəsib və həmən avtomobildən açılan atəş onun həyatına son qoyub. Polis hazırda cinayətkarı axtarır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Boksçu   Qətl  



Xəbər lenti