"Anlaşılmazlıqlar geridə qalıb" - İran XİN

 "Anlaşılmazlıqlar geridə qalıb" -    İran XİN
  27 Dekabr 2021    Oxunub:1402
"İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ötən həftə Azərbaycana baş tutmuş səfəri iki ölkənin əlaqələrinin inkişafı baxımından səmərəli olub".
AzVision.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə deyib.

O bildirib ki, bu, son bir neçə il ərzində iki ölkənin əlaqələrinin inkişafı çərçivəsində baş tutan ən yaxşı səfərlərdən biri idi: “Bu səfərin baş tutması üçün hazırlıq Azərbaycan Baş nazirinin müavinin Tehrana səfərindən sonra başlanıldı. Yenidənqurma sahəsində və əlaqələrin inkişafında sıçrayış etmək üçün çox yaxşı razılıqlar əldə olundu”.

XİN sözçüsü əlavə edib ki, iki ölkə arasında yaranmış anlaşılmazlıqlar artıq geridə qalıb.

AzVision.az



Teqlər: İran-XİN  



Xəbər lenti