Fransanın cənub-qərbində quş qripi yenidən yayılıb

Fransanın cənub-qərbində quş qripi yenidən yayılıb
  28 Dekabr 2021    Oxunub:771
Fransanın cənub-qərbindəki Land departamentində quş qripi yenidən yayılıb.
AzVision.az xəbər verir ki, ölkənin cənub-qərbində artıq 7 ördək fermasında quş qripi aşkarlanıb. Daim qapalı məkanda saxlanılmış ördəklərdə ilk yoluxma aşkarlalana qədər qabaqlayıcı tədbir olaraq ördəklər kəsilib. Land departamentinin 34 bələdiyyəsi ətrafında 3 kilometrdən ibarət müdafiə zonası yaradılıb və 10 kilometr müşahidə zonası nəzarət alıtna alınıb.

Prefekturanın mətbuata açıqlamasında bildirilib ki, Land departamentində ilk quş qripi dekabrın 19-da aşkarlanıb. Ölkənin şimalında ev quşları ilə təmasda olan köçəri quşlar tərəfindən gətirilmiş quş qripi virusu ilk dəfə noyabrın 26-da müəyyən edilib.

Noyabrın əvvəlindən bütün səhiyyə orqanları quş təsərrüfatçılarına köçəri quşlarla təmasdan yayınmaq üçün ev quşlarını bağlı məkanda saxlamağı məsləhət görmüşdülər.

AzVision.az


Teqlər:



Xəbər lenti