Ermənilər Köçəryanın hakimiyyət iddiasını lağa qoydular

   Ermənilər Köçəryanın hakimiyyət iddiasını lağa qoydular
  28 Dekabr 2021    Oxunub:1261
Dünən Ermənistanın ikinci prezidenti Robert Köçəryan ilin yekunlarına dair mətbuat konfransı keçirdi. İqtidarı tənqid edərək müxtəlif mövzulara toxunan eks-prezident Kremlin əlaltısı kimi çıxışları ilə də diqqət çəkdi.
AzVision.az xəbər verir ki, Köçəryan işğaldan azad edilmiş Şuşa və Hadrutla bağlı da sərsəm fikirlər sələndirərək hakimiyyətə gələcəyi təqdirdə ən azı bu əraziləri yenidən işğal edəcəklərini bəyan edib.

Köçəryandan sərsəm bəyanat: "Hadrut və Şuşanı alacağam"
Erməni cəmiyyətində keçmiş ölkə başçısı, hərbi cinayətkar Köçəryanın məlum fikirlərinə sərt reaksiya verənlər az olmadı. Məsələn, bu gün yerli mediaya açıqlama verən “Asparez” mətbuat klubunun prezidenti Leon Barseqyan deyib ki, "deyəsən Robert Köçəryan hamımızı gülməkdən öldürməyə qərar verib".

- O, iki dəfə Ermənistan respublikasının prezidenti olub. Həmin dövrdə monopoliyalar çiçəkləndi. Maraqlısı isə budur ki, monopoliyalar "demokratik" şəkildə çiçəkləndi. Ermənistanda "demokratik" yolla 1,5 milyard dollar Kremlə bağışlandı, heç də parlaq olmayan "demokratlar" etirazçıları güllələdilər... 2008-ci ildə İrəvan küçələrində minlərlə insan döyülərək həbs edildi, işgəncələrə məruz qaldı. Məhz onun dövrünün "demokratiyası" sayəsində bəziləri adi dövlət maaşları ilə milyonçu və milyarder oldular. Görürsünüz, bu zəngin insanı kimsə arxayın edib ki, belə sözlər danışır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Köçəryan  



Xəbər lenti