"MDB-nin yaradılması düzgün addım idi" - Putin

 "MDB-nin yaradılması düzgün addım idi" -  Putin
  28 Dekabr 2021    Oxunub:836
"Rusiya Federasiyası gələcəkdə də MDB ölkələri ilə mövcud əlaqələri dəstəkləmək və inkişaf etdirmək niyyətindədir”.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi sammitində deyib.

O bildirib ki, 30 il əvvəl Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması düzgün addım idi: "Ötən illər ərzində çox şeylər köklü şəkildə dəyişib. Eyni zamanda qeyd etmək istərdim ki, təşkilatın yaradılmasının təbii ki, özünü doğrultdu. Bir çox sahələrdə inteqrasiya dərinləşib”.

Xatırladaq ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: MDB  



Xəbər lenti