"Ölkəni düçar olduğu qeyri-sabitlikdən çıxardıq"- Ərdoğan

   "Ölkəni düçar olduğu qeyri-sabitlikdən çıxardıq"-   Ərdoğan
  28 Dekabr 2021    Oxunub:906
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin əsas məqsədini açıqlayıb.
AzVision.az xəbər verir ki, o, Türkiyə Elmi və Texnoloji Tədqiqat (TÜBİTAK) və Türkiyə Elmlər Akademiyasının (TÜBA) elmi mükafatlarının təqdimat mərasimində çıxışı zamanı deyib ki, “Hökumətin işləyib hazırladığı iqtisadi alətlər ölkəni xilas etdi. Ankaranın məqsədi dünyanın ən güclü 10 iqtisadiyyatı sırasına daxil olmaqdır”.
Türkiyə lideri onu da qeyd edib ki, ölkəni düçar olduğu qeyri-sabitlikdən çıxarmağı bacarıblar.

- Yolumuz investisiyalar, məşğulluq, istehsal, ixrac və artım yoludur, - Ərdoğan bildirib.

AzVision.az



Teqlər: Ərdoğan   Türkiyə  



Xəbər lenti