"Omikron" bir gündə 2500 uçuşun ləğvinə səbəb oldu
Qeyd edilir ki, dekabrın 28-də 2531 reys ləğv edilib, onlardan 865-i ABŞ daxilində və ya Amerikadan xaricə həyata keçirilən uçuş reysləridir.
Uçuşların yeni ştamm səbəbindən ləğv edilməsi üzrə "liderlər" arasında Çinin "China Eastern" və "Air China" aviaşirkətləri də var. Hər ikisinin ləğv edilən uçuşları ümumi statistikanın üçdə birindən çoxunu təşkil edir.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


