Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinə töhfə verməyə davam edib

Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinə töhfə verməyə davam edib
  29 Dekabr 2021    Oxunub:1338
"Azərbaycan Respublikasının dünya ölkələri ilə ikitərəfli iqtisadi əməkdaşlıq münasibətlərinin inkişafı, birbaşa xarici sərmayələrin ölkə iqtisadiyyatına cəlb edilməsi, işğaldan azad olunmuş ərazilərimizdə gedən bərpa proseslərində xarici şirkətlərin iştirak imkanlarının araşdırılması və qeyri-neft sektorunda yeni əməkdaşlıq sahələrinin qurulmasının təşviqi istiqamətində iş aparılıb".
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair məlumatında deyilir.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən ölkəmizdə qurulmaqda olan Ələt Azad İqtisadi Zonaya (AFEZ) birbaşa xarici sərmayələrin cəlb edilməsi məqsədilə XİN və xaricdə akkreditə olunmuş səfirliklərimiz fəaliyyət göstərib.

"Ölkəmizin tranzit-nəqliyyat potensialının gücləndirilməsi istiqamətində Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri və marşrutlarının, o cümlədən Zəngəzur dəhlizinin, regional nəqliyyat və infrastruktur layihələrinin əhəmiyyəti müxtəlif platformalardan təbliğ edilib. Cənub Qaz Dəhlizinin tam istismara verilməsi nəticəsində Azərbaycan 2021-ci il ərzində İtaliya, Yunanıstan və Bolqarıstana qaz təchiz etməklə bu ölkələrin və bütövlükdə Avropa İttifaqının enerji təhlükəsizliyinə öz töhfəsini verməyə davam edib", - açıqlamada vurğulanıb.

Pərvanə Sultanova
AzVision.az










Teqlər: XİN  



Xəbər lenti