Rusiya Bakı-İrəvan münasibətlərin normallaşmasına kömək edir

   Rusiya Bakı-İrəvan münasibətlərin normallaşmasına kömək edir
  30 Dekabr 2021    Oxunub:741
“Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına aktiv şəkildə kömək edir”.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) cari ilin yekunlarna dair hesabatında deyilir.

"Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına kömək etmək, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması daxil olmaqla, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması kimi məqsədlərin həyata keçirilməsində fəal olub", - açıqlamada vurğulanıb.

Qeyd edilib ki, dekabrın 10-da Moskvada üç Cənubi Qafqaz dövlətini – Azərbaycan, Ermənistan və Gürcüstanı, həmçinin üç qonşu ölkəni – Rusiya, Türkiyə və İranı birləşdirən “3+3” regional məşvərət platformasının təsis iclası keçirilib. Hələlik Gürcüstan bu formatda iştirak etməyib.

Pərvanə Sultanova
AzVision.az





Teqlər: Rusiya-XİN  



Xəbər lenti