"Sakaşvilinin vəziyyəti ağırdır" - Vəkil
Saakaşvili uzun sürən aclıq aksiyasından sonra Qoridəki xəstəxanada müalicə olunub. Bazar ertəsi eks-prezident bəyan edib ki, qara geyimli şəxslər içəri daxil olub, onun hərbi xəstəxanadan çıxarılması qərarını elan ediblər. Gürcüstan Ədliyyə Nazirliyinin penitensiar xidməti daha sonra məlumat yayıb ki, siyasətçinin Rustavidəki xüsusi müəssisəyə köçürülməsi təxirə salınıb. Lakin daha sonra Ədliyyə Nazirliyi Saakaşvilinin Rustavidəki həbsxanaya qaytarıldığını təsdiqləyib.
Sabiq prezident bu il oktyabrın 1-də Tbilisidə həbs edilib. O, bir sıra cinayətlərdə təqsirli bilinir.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Gürcüstan







Vaxtında, Aydın, Lazımlı!


