Ermənistan İrəvan-İstanbul uçuşlarına rəsmi icazə verdi

   Ermənistan İrəvan-İstanbul uçuşlarına rəsmi icazə verdi
  30 Dekabr 2021    Oxunub:2408
Ermənistan höküməti “Flyone Armenia” şirkətinə İrəvan-İstanbul-İrəvan çarter reyslərini həyata keçirməyə icazə verib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə aviaşirkət Ermənistan hakimiyyət orqanlarından icazə alıb.

Hazırda müvafiq razılığı Türkiyə tərəfi verməlidir.

Xatırladaq ki, dekabrın 16-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Ankara İstanbul-İrəvan-İstanbul reyslərinin açılması üçün Türkiyə və Ermənistan aviaşirkətlərinin müraciətlərinə baxır. Dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur nazirinin bəyanatına əsasən, Türkiyənin “Pegasus” aviaşirkəti İrəvana uçuşlar həyata keçirəcək. Türkiyə tərəfi hələlik uçuşların vaxtı ilə bağlı təfərrüatları açıqlamayıb.

AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti