Cənubi Afrikada parlamentin binası yanğın nəticəsində çöküb - VİDEO

Cənubi Afrikada parlamentin binası yanğın nəticəsində çöküb -  VİDEO
  02 Yanvar 2022    Oxunub:2725
Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun şəhərində yerləşən parlamentin binası yanğın nəticəsində çöküb.
AzVision.az xəbər verir ki, bu barədə Cənubi Afrikanın "News24" xəbər portalı məlumat yayıb. Yanğının söndürülməsinə əvvəlcə 6 yanğınsöndürmə briqadası və 36 yanğınsöndürən gəlib, daha sonra əlavə qüvvələr cəlb olunub.

***
Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun şəhərində ölkə parlamentinin binasında yanğın başlayıb.

AzVision.az xəbər verir ki, bu barədə şahidlərə istinadən "Agence France-Presse" agentliyi məlumat yayıb.

Məlumata əsasən, yanğın binanın damında başlayıb və hazırda binanın içərisinə keçib. Yanğını hələki söndürmək mümkün olmayıb.

Yanğının söndürülməsi üzrə dəstək üçün hadisə yerinə əlavə yanğından mühafizə bölmələri cəlb edilir.

Ölənlər və xəsarət alanlar, həmçinin yanğını səbəbi barədə məlumat verilmir.



AzVision.az


Teqlər:



Xəbər lenti