Pentagon rəhbəri koronavirusa yoluxdu

   Pentagon rəhbəri koronavirusa yoluxdu
  03 Yanvar 2022    Oxunub:917
ABŞ-ın müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxduğunu açıqlayıb .
AzVision.az xəbər verir ki, bu barədə hərbi idarə rəisinin Pentaqonun saytında dərc olunan bəyanatında deyilir. Vurğulanıb ki, generalda xəstəliyin yüngül əlamətləri var və həkimin tövsiyələrinə əməl edir.

O, qeyd edib ki, müdafiə nazirinin bütün səlahiyyətlərini özündə saxlayır və mümkün qədər virtual formatda əsas görüş və tədbirlərdə iştirak etmək niyyətindədir: “ABŞ müdafiə nazirinin birinci müavini Ketlin Hiks bütün digər hallarda lazım olduqda məni təmsil edəcək”, - bəyanatda deyilir.


AzVision.az


Teqlər: ABŞ  



Xəbər lenti