Paşinyan Gümrüyə gizli səfər edib

Paşinyan Gümrüyə gizli səfər edib
  04 Yanvar 2022    Oxunub:914
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün gözlənilmədən Gümrüyə gedib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
"Hraparak" səfərin media nümayəndələrinin iştirakı olmadan baş tutmasını maraqlı məqam kimi qiymətləndirib.

- Bu gün baş nazir Nikol Paşinyan Gümrüyə səfər edib. Jurnalistlər onun səfərindən xəbərsiz olublar. Şəhərdə ciddi polis nəzarəti var, hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçiblər. Ölkə rəhbərinin səfərinin planlaşdırılmamış, qəfldən baş tutduğu bildirilir.

Öyrəndik ki, baş nazirin bölgəyə getməsinində məqsəd Gümrüdə yeni tikilən gömrük idarəsinə baş çəkmək olub. Yeri gəlmişkən, bizə məlumat verdilər ki, yeni seçilmiş mer Vardqes Samsonyan onu xüsusi olaraq şəhərin girişində qəbul edib,-məqalədə yazılıb.

AzVision.az



Teqlər: Gümrü   Səfər  



Xəbər lenti