Tokayevin iqamətgahı yaxınlığındakı evlərdə işıqlar kəsilib

   Tokayevin iqamətgahı yaxınlığındakı evlərdə işıqlar kəsilib
  05 Yanvar 2022    Oxunub:926
Qazaxıstanın Almatı şəhərində prezident iqamətgahının yaxınlığındakı bir sıra evlərdə elektrik enerjisi kəsilib. AzVision.az xəbər verir ki, bu barədə yerli jurnalistə istinadən CNN məlumat yayıb.
Bildirilib ki, Almatı şəhərinin mərkəzində, prezident iqamətgahı və meriyanın yaxınlığında yerləşən yaşayış binalarının işıqlarını söndürüblər.

Qeyd edək ki, 2022-ci ilin ilk günlərində Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin ikiqat bahalaşması əleyhinə aksiyalar keçiriblər. Etirazlar digər şəhərlərə də yayılıb.
Belə ki, yanvarın 4-də və 5-də Almatıda təhlükəsizlik işçiləri ilə toqquşma olub, polis qaz və səs-küylü qumbaralardan istifadə edib. Bütün Qazaxıstanda internet kəsilib, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:



Xəbər lenti