ABŞ Qazaxıstandakı iğtişaşlarda iştirakına dair iddiaları təkzib edib

 ABŞ Qazaxıstandakı iğtişaşlarda iştirakına dair iddiaları təkzib edib
  05 Yanvar 2022    Oxunub:762
ABŞ Qazaxıstandakı iğtişaşlarda iştirakla bağlı iddiaları təkzib edir.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki deyib.

“Birləşmiş Ştatlar Qazaxıstanda etirazçıları dinc çərçivəni aşmamağa, hakimiyyət orqanlarını isə təmkinli olmağa çağırır. Həmçinin, ABŞ-ın bu ölkədə vəziyyətin gərginləşməsində iştirakına dair ittihamlarını rədd edirik", - Psaki vurğulayıb.

Bu, Amerika administrasiyasının Qazaxıstandakı kütləvi etirazlara ilk rəsmi reaksiyasıdır.

Onun sözlərinə görə, Vaşinqton vəziyyətin iinkişafını izləyir: "Bütün bunların arxasında ABŞ-ın dayandığına dair bəzi ağılsız Rusiya iddiaları var. Bu, tamamilə yalandır və açıq şəkildə Rusiya dezinformasiyasının bir hissəsidir".

AzVision.az



Teqlər: ABŞ  



Xəbər lenti