Paşinyan Qazaxıstana görə KTMT liderləri ilə məsləhətləşmələrə başlayıb

Paşinyan Qazaxıstana görə  KTMT liderləri ilə məsləhətləşmələrə başlayıb
  05 Yanvar 2022    Oxunub:801
Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.
AzVision.az xəbər verir ki, bu barədə Paşinyan “Facebook”da yazıb.

O, bu ölkədəki vəziyyətlə bağlı artıq KTMT ölkələrinin rəhbərləri ilə məsləhətləşmələrə başladığını söyləyib.

"Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığım oldu. Kollektiv Təhlükəsizlik Şurasının sədri kimi Qazaxıstanın mövcud vəziyyətdən çıxması üçün KTMT-nin yardımını gözləyən prezident Tokayevin müraciətini nəzərə alaraq, KTMT ölkələrinin rəhbərləri ilə təcili məsləhətləşmələrə başlayıram", - Paşinyan qeyd edib.

AzVision.az



Teqlər: Nikol-Paşinyan   KTMT  



Xəbər lenti