Çavuşoğlu NATO-nun iclasında iştirak edəcək

Çavuşoğlu NATO-nun iclasında iştirak edəcək
  06 Yanvar 2022    Oxunub:779
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 7-də keçiriləcək NATO Xarici İşlər Nazirlərinin fövqəladə toplantısına qatılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Videokonfrans formatında keçiriləcək iclasda son hadisələr fonunda Avropanın təhlükəsizliyinə aid məsələlərin müzakirə ediləcəyi nəzərdə tutulur.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: NATO  



Xəbər lenti