Qazaxıstanın hava limanları işini dayandırıb

 Qazaxıstanın hava limanları işini dayandırıb
  06 Yanvar 2022    Oxunub:1720
Qazaxıstanın bir necə hava limanı ölkədə davam etməkdə olan iğtişaşlar fonunda fəaliyyətini dayandırıb.
AzVision.az xəbər verir ki, cümə axşamı günündən etibarən Alma-Atı, Aktau, Aktobe şəhərlərinin aeroportları işləmir.

Qazaxıstanın hakimiyyət orqanları “terror təhlükəsini” neytrallaşdırmağa kömək göstərilməsi üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər üzvlərinə müraciət edib. Təşkilat respublikaya kollektiv sülhməramlı qüvvələr göndərilib. Artıq kontingentin Rusiya hissəsinin ön bölmələri qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə başlayıb.

AzVision.az



Teqlər: Hava-Limanı  



Xəbər lenti