Qazaxıstanda 120 mağaza, 180 restoran qarət edilib- FOTOLAR

   Qazaxıstanda 120 mağaza, 180 restoran qarət edilib-   FOTOLAR
  06 Yanvar 2022    Oxunub:1719
Yeni il bayramının səhəri Qazaxıstanda başlayan etiraz aksiyaları sonradan genişmiqyaslı küçə iğtişaşlarına və kütləvi quldurluq hadisələrinə çevrildi.Bu gün xarici KİV ölkədə mindən çox vətəndaşın yaralandığını yazıb.
Qazaxıstanın Almatı şəhərindəki toqquşmalarda ölən hüquq-mühafizə orqanları əməkdaşlarının sayı 13 nəfər olub. Onlardan ikisinin başı kəsilib. Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə isə 317 nəfər yaralanıb.

Almatıda etirazçılar meriyaya basqın edərək binanı yandırıblar. Təkcə yanvarın 6-na keçən gecə etirazçılar 120 mağaza, 180 restoran və yüzlərlə ofisi qarət ediblər. Eyni hal Almatı beynəlxalq hava limanında yaşanıb.

AzVision.az Almatı və digər şəhərlərdə küçələrin, sosial obyektlərin hansı durumda olmasını əks etdirən fotoları təqdim edir.





















Tural Tağıyev
AzVision.az



Teqlər: Qazaxıstan   Qarət  



Xəbər lenti