ABŞ Dövlət katibi Qazaxıstan XİN başçısı ilə vəziyyəti müzakirə edib

ABŞ Dövlət katibi Qazaxıstan XİN başçısı ilə vəziyyəti müzakirə edib
  06 Yanvar 2022    Oxunub:1011
ABŞ dövlət katibi Entoni Blinken Qazaxıstanın xarici işlər naziri səlahiyyətlərini icra edən Muxtar Tleuberdi ilə ölkədəki vəziyyəti müzakirə edib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Blinkenin sözlərinə görə, ABŞ konstitusiya təsisatlarını və media azadlıqlarını dəstəkləyir. O, ölkədəki vəziyyətin sülh yolu ilə nizamlanmasına çağırıb.

Bundan əlavə, ABŞ dövlət katibi qazax həmkarı ilə Avropada sabitliyin təşviq edilməsinin vacibliyi barədə danışıb.

AzVision.az



Teqlər: Qazaxıstan   ABŞ  





Xəbər lenti