Ərdoğan Türk Dövlətlərinin prezidentləri ilə danışıb

   Ərdoğan Türk Dövlətlərinin prezidentləri ilə danışıb
  06 Yanvar 2022    Oxunub:2002
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin prezidentləri ilə telefonla danışıb.


AzVision.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Azərbaycan Prezidenti İlham Əliyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və Özbəkistan Prezidenti Şövkət Mirziyoyevlə danışıb.
Türkiyə Prezidenti Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşündə Qazaxıstanda baş verənləri yaxından izlədiklərini və Qazaxıstanla həmrəy olduqlarını bildirib. O, Qazaxıstanda yeni hökumətin tez bir zamanda qurulmasını və gərginliyin qısa zamanda bitməsini arzuladığını qeyd edib.

Söhbət zamanı Qazaxıstanda baş verən son hadisələr müzakirə edilib.

AzVision.az


Teqlər: Türkiyə   Qazaxıstan  



Xəbər lenti