Qazaxıstan polisi silahı yerə qoymayanların məhv ediləcəyini açıqlayıb

Qazaxıstan polisi silahı yerə qoymayanların məhv ediləcəyini açıqlayıb
  06 Yanvar 2022    Oxunub:777
Qazaxıstanın Daxili İşlər Nazirliyi silahı yerə qoymaq tələbinə qarşı müqavimət göstərənlərin məhv ediləcəyini açıqlayıb.
AzVision.az “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindəki mənbə məlumat yayıb.

Məlumatda bildirilir ki, iğtişaş törədənlər qanuni tələbi rədd edərək silahı yerə qoymadıqları təqdirdə məhv ediləcəklər. Həmçinin qeyd olunur ki, Qazaxıstanın regionlarında polis və Milli Qvardiya patrul nəzarətini gücləndirib. Bir çox yerdə postlar qurulub, qayda pozanların saxlanılması üçün iş aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti