"BMT Qazaxıstandakı hadisələri diqqətlə izləyir"

"BMT Qazaxıstandakı hadisələri diqqətlə izləyir"
  06 Yanvar 2022    Oxunub:1410
BMT Qazaxıstanda baş verən hadisələri diqqətlə izləyir və orada davam edən qarşıdurmalarla bağlı ölkə hakimiyyəti ilə əlaqə saxlayır.
AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verub. O, BMT-nin Qazaxıstanda baş verən hadisələrlə bağlı ölkə hakimiyyəti ilə əlaqə saxladığını deyib.

Düjarrik BMT baş katibinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə Qazaxıstan xarici işlər nazirinin müavini arasında söhbəti xatırladıb. O bildirib ki, söhbət zamanı Ümumdünya Təşkilatının nümayəndəsi ölkə hakimiyyətini zorakılıqdan çəkinməyə çağırıb.

S.Dujarrik əlavə edib ki, Qazaxıstanda etirazçılar öz narazılıqlarını dinc yolla bildirməlidirlər və təhlükəsizlik qüvvələri bu hüququ təmin etməyə borcludurlar.

AzVision.az



Teqlər: BMT  



Xəbər lenti