KTMT-nin baş katibi: "Qazaxıstanda baş verənlər ölkənin təhlükəsizliyinə təhdiddir"

      KTMT-nin baş katibi:    "Qazaxıstanda baş verənlər ölkənin təhlükəsizliyinə təhdiddir"
  06 Yanvar 2022    Oxunub:1182
Qazaxıstanda baş verən hadisələr respublikanın təhlükəsizliyinə, sabitliyinə və hətta ərazi bütövlüyünə real təhlükə yaradır.

AzVision.az xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas “RİA Novosti”yə deyib.
O bildirib ki, müraciət daxil olan anda dövlət başçıları arasında təxirəsalınmaz məsləhətləşmələr aparılıb və KTMT-nin sülhməramlı potensialından istifadə etmək üçün müvafiq qərar qəbul edilib:

"KTMT-nin sülhməramlı potensialı bu təhdidləri minimuma endirmək, lokallaşdırmaq üçündür".

Katib xatırladıb ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının qərarının əsas motivi çətin dövrdə Qazaxıstana yardım və dəstək göstərməkdir, digər fərziyyələr isə tamamilə cəfəngiyyatdır:

"KTMT-nin Qazaxıstandakı kollektiv sülhməramlı qüvvələrinin sayı təxminən 2,5 min nəfər olacaq, lazım gələrsə, gücləndirilə bilər. Kollektiv sülhməramlı qüvvələrin qruplaşmasının ümumi sayı fərqli ola bilər. Hazırda qəbul edilmiş qərarlara əsasən, 2 500-ə yaxın insan var".

Zas əlavə edib ki, sülhməramlıların zərurət yaranarsa silahdan istifadə etmək hüququ var: "Sülhməramlılar Qazaxıstanda strateji dövlət obyektləri qoruyacaq və asayişin saxlanılmasına yardımçı olacaq"

AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti