"Bütün regionlarda konstitusiya quruluşu bərpa olunub” - Tokayev
Prezident bildirib ki, yerli hakimiyyət orqanları ölkədə vəziyyətə nəzarət edir.
Tokayev cümə günü səhər Prezident Administrasiyası rəhbərliyi, Təhlükəsizlik Şurası və təhlükəsizlik qüvvələrinin iştirakı ilə terrorla mübarizə qərargahının iclasını keçirib.
Görüşdə ölkədəki əməliyyat vəziyyəti, antiterror əməliyyatının gedişi, regionlardakı vəziyyət müzakirə olunub.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Qazaxıstan