Tokayev xəbərdarlıq etmədən terrorçulara atəş açmaq əmri verib
“Mən hüquq-mühafizə orqanlarına və orduya xəbərdarlıq etmədən öldürmək üçün atəş açmaq əmri verdim”, - bildirib.
Prezident, həmçinin vurğulayıb ki, Qazaxıstan hakimiyyəti terrorçularla danışıqlar aparmaq niyyətində deyil: "Xaricdən problemin sülh yolu ilə həlli üçün danışıqlara çağırışlar edilir. Bu nə axmaqlıqdır. Cinayətkarlarla, qatillərlə hansı danışıqlar ola bilər? Biz silahlı və təlim keçmiş quldurlarla mübarizə aparmalı olduq", - Tokayev deyib.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Qazaxıstan