İrəvan Nalbandyanı azadlığa buraxdı

İrəvan Nalbandyanı azadlığa buraxdı
  07 Yanvar 2022    Oxunub:661
Ermənistan Azərbaycanın təhvil verdiyi hərbi əsiri həbs cəzasından azad edib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, Robert Nalbandyan adlı hərbçi artıq azadlığa buraxılıb.

Əsirlikdən qayıdan "qəhrəmanı" İrəvanda müalicə etmirlər
- Bu barədə hüquq müdafiəçisi Ruben Melikyan özünün "Facebook" səhifəsində yazıb. O qeyd edib ki, Nalbandyan bu gün azadlığa qovuşub. O, 52 gün həbsdə olub. Əvvəlcə Azərbaycan həbsxanasında, daha sonra isə Ermənistan türməsində cəza çəkib. İndi Robert üç azyaşlı övladının yanına qayıdacaq və bərpa olunmağa çalışacaq, - məqalədə yazılıb.

Qeyd edək ki, Robert Nalbandyan noyabrın 16-da Zəngəzurda Azərbaycanla sərhəddə yaranmış toqquşmalar zamanı əsir düşmüşdü. O, dekabrın 4-də Rusiyanın vasitəçiliyi ilə ölkəsinə qaytarılıb. Nalbandyan döyüş növbətçiliyi və ya hərbi xidmət qaydalarını pozmaqda ittiham edilirdi. Onun əsrilikdən qayıdandan sonra həbsə atılması erməni cəmiyyətində narazılıqla qarşılanmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Əsir   Ermənistan  



Xəbər lenti