"Əgər ruslar evinizə gəliblərsə, onları çıxarmaq çox çətin olur" - Blinken

 "Əgər ruslar evinizə gəliblərsə, onları çıxarmaq çox çətin olur" - Blinken
  07 Yanvar 2022    Oxunub:1225
"Birləşmiş Ştatlar Qazaxıstanda baş verənlərdən narahatdır, lakin hesab edir ki, respublika KTMT-nin köməyi olmadan vəziyyətin öhdəsindən gələ bilər". AzVision.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Biz Qazaxıstandakı fövqəladə vəziyyətdən çox narahatıq, hakimiyyətə xəbərdarlıq etmişdik ki, proporsional, münasib şəkildə, etirazçıların hüquqlarına uyğun şəkildə reaksiya versinlər”, - Blinken jurnalistlərə bildirib.

O, ABŞ-ın istənilən zorakılığı pislədiyini və Qazaxıstanla münasibətləri yüksək qiymətləndirdiyini vurğulayaraq, tərəfləri vəziyyətin sülh yolu ilə həllini tapmağa çağırıb.

Blinken bildirib ki, Qazaxıstanın KTMT-yə müraciət etməsi ABŞ-da suallar doğurur. Vaşinqtonun hesablamalarına görə, respublikanın vəziyyəti təkbaşına həll etmək üçün kifayət qədər resursları var.

“Onların niyə kənar yardıma ehtiyac duyduqları aydın deyil”, - deyə dövlət katibi qeyd edib.

O, iğtişaşları iqtisadi səbəblərlə əlaqələndirib:

"Keçmiş tarixdən bir dərs: Əgər ruslar evinizə gəliblərsə, onları çıxarmaq çox çətin olur", - deyə Blinken fikrini sonlandırıb.

Şahanə Rəhimli

AzVision.az


Teqlər: Blinken  



Xəbər lenti