"Terrorçularla danışıqlar aparmayacağam" - Qazaxıstan Prezidenti

   "Terrorçularla danışıqlar aparmayacağam" -    Qazaxıstan Prezidenti
  08 Yanvar 2022    Oxunub:820
“2022-ci il yanvarın 2-də mən hökumətə Qərbi Qazaxıstanda etirazçıların müraciətlərinə operativ reaksiya verməyi və mayeləşdirilmiş neft qazının qiymətlərinin tənzimlənməsi üçün kompleks tədbirlər həyata keçirməyi tapşırdım. Təəssüf ki, Qazaxıstanın bir sıra regionlarında və Almatıda etiraz aksiyaları zorakılığın artmasına səbəb olub. Buna görə də hökuməti istefaya göndərmək qərarına gəldim və komendant saatı tətbiq etdim”.
AzVision.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev özünün Tvitter hesabında yazıb.

Tokayev bildirib ki, bütün səylərə baxmayaraq, etirazlar zorakılığın daha da artmasına gətirib çıxarıb və iğtişaşlara səbəb olub. Prezidentin sözlərinə görə, ölkəsi hazırlıqlı və kordinasiyalı terror qrupları ilə qarşı-qarşıya qalıb. O, terrorçularla heç bir danışıqlar aparmayacağını vurğulayıb.

“Qazaxıstan xarici diplomatik nümayəndəliklərin, habelə xarici şirkətlərin və investorların şəxsi heyətinin və əmlakının təhlükəsizliyini və mühafizəsini təmin etməyə davam edəcək”, - Tokayev deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti