Qazaxıstan MTK-nin sabiq rəhbəri saxlanılıb
K.Məsimov dövlətə xəyanətdə şübhəli bilinir.
"Bu il yanvarın 6-da Milli Təhlükəsizlik Komitəsi dövlətə xəyanətlə bağlı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 175-ci maddəsinin 1-ci hissəsi ilə ibtidai istintaqa başlayıb. Elə həmin gün bu cinayəti törətməkdə şübhəli bilinən komitənin sabiq sədri Kərim Məsimov və digərləri saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdiriliblər”, - məlumatda deyilir.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Qazaxıstan







Vaxtında, Aydın, Lazımlı!


